UNEC TUDİFAK tələbələri Mərkəzi Bankda

unec tudifak

UNEC TUDİFAK Mərkəzi Bank “Maliyyə Savadlılığı” təlimində olub.

UNEC Türk Dünyası İqtisad Fakültəsinin tələbələri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təşkil olunan təlimlərdə iştirak ediblər.

Ölkəmizdə son dövrlərdə aktual bir məsələ halına gələn və bu istiqamətdə genişmiqyaslı tədbirlər görülən “Maliyyə Savadlılığı” əsas prioritet tədris sahələrindən birinə çevrilmişdir. Bu istiqamətə və fəaliyyətə dəstək nöqteyi nəzərdən  keçirilən təlimlər 3 həftə davam etmişdir.

Belə ki, təlimdə fakültənin “Maliyyə” ixtisasının tələbələri iştirak ediblər. Təlimlər zamanı Mərkəzi Bankın fəaliyyəti və funksiyaları, məsuliyyətli borclanma, dövlət pul nişanları və təhlükəsizlik, tədiyyə balansı və risk menecmenti mövzularında bankın mütəxəssisləri tələbələrə ətraflı məlumatlar veriblər.

Təlimlərin sonunda tələbələrə Mərkəzi Bankın sertifikatları təqdim olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir