UNEC TUDİFAK – Təcrübə Danışdı

unec tudifak

UNEC Türk Dünyası İqtisad Fakültəsində “Təcrübə Danışır -Rəqəmsal Dünya” başlıqlı tədbir keçirilib.

26.10.2019 tarixində UNEC Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) TEC təşkilatçılığı ilə “Təcrübə Danışır-‘Rəqəmsal Dünya’”  tədbiri baş tutdu. Tədbirdə “PashaBank”, “Code Academy”, “Benish Group”, “Access Bank”, “PreMark” kimi şirkətlərin aparıcı mütəxxəssisləri spiker qismində çıxış etdilər. Həmçinin, digər böyük şirkətlərin də nümayəndələri qonaq qismində tədbirdə iştirak etdilər.

Təcrübə Danışır – özəl və dövlət sektorunun təcrübəli simalarıyla tələbələrin bir araya gəldiyi, praktika ilə nəzəriyyənin birləşdiyi bir platformadır. Platformanın qurucuları və əsas aparıcı qüvvələri gənclərdən ibarət komandadır.

“Təcrübə Danışır” platformasının əsas məqsədi gənclərin, gənclər üçün , həmyaşıdları üçün faydalı işlər gördüyü, ənənə halına gələcək platformanı qurmaq və bu ənənəyə sahib çıxmaq, onu davam etdirmək və bütün bu imkanları elə gənclərin özü üçün tamamilə ödənişsiz və maksimum əlçatan etməkdir.

Tələbələr universitet həyatında öyrəndikləri akademik və nəzəri bilikləri real praktikaya ötürmək və dəyər yaratmaq məqsədilə təkrar bazara doğru yönələcək. Məhz buna görə, sektorda uğur qazanmış təcrübəli insanlar öz uğurları, eyni zamanda sektordakı istiqamətin dünəni, bu günü və sabahı haqqında tələbələrə məlumat veriblər.

Layihədə  “Banklarda online satış”, “Agile düşünmə tərzi”, “Rəqəmsal marketinqdə mikro anlar”, “Gözəl təqdimat bacarığı”, “İstehlakçı davranışlarının təkamülü” mövzularından danışılıb.

Tədbir tələbələrin yüksək marağına səbəb olmuşdur. Tədbirdə ölkənin müxtəlif universitetlərindən (ADNSU, BSU, ADPU, BMU, BDU)  və müxtəlif universitetlərin SABAH qruplarından 350-dən çox tələbə iştirak etmişdir. Sonda tədbir iştirakçılarına sertifikat və sponsorlar tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunmuşdur.

Tədbirin spikerləri:

  • Türkan Fərzəliyeva – Marketinq konsultant, Benish Group
  • Rizvan Bağırlı – Art Direktor, Educator, Code Academy
  • Fərid Hacıyev – Marketinq Direktoru, Premark
  • Günay Cəlilova – Korporativ Bankçılıq və Marketinq üzrə İcraçı Direktoe
  • Yusif Qasımov – Agile Transformation Coach

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir