Tudifak Haqqında

UNEC-in Türk Dünyası İqtisad Fakültəsi 27.12.2018-ci ilədək Türk dünyası işlətmə fakültəsi adı altında fəaliyyət göstərib.

Türk Dünyası İqtisad fakültəsi Türk Dünyası Araşdırmaları Vəqfi başkanı Prof. Dr. Turan Yazganın təşəbbüsü ilə Azərbaycan Xalq Təsərrüfatı İdarəetmə İnstitutu və Türk Dünyası Araşdırmaları Vəqfi arasında imzalanan müqavilə ilə 1992-ci ildə yaranmışdır.

Azərbaycan Respublikası prezidentinin 22.05.2001-ci il tarixli sərəncamına əsasən Türk Dünyası Araşdırmaları Vəqfinin Azərbaycan Dövlət İqtisad Universiteti arasındakı müqaviləsi ilə 2001-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində eyni adla fəaliyyət göstərməkdədir. Fakültədə İşlətmə ixtisası da açılmışdır. Dərs proqramları Türkiyədəki uyğun ixtisaslarla paralellik təşkil edir,  xüsusilə İstanbul Universiteti nümunəsi əsas götürülmüşdür.

Fakultə dekanı Türkiyə Universitetlərinin müəllimləri arasından seçilir. Fakültənin akademik heyətini Türkiyədə təhsil almış azərbaycanlı və türkiyəli müəllimlər təşkil edir. Türk Dünyası İqtisad Fakültəsinin diplomunun Türkiyə (YÖK) “denkliyi” ekvivalentliyi vardır.

Türk Dünyası İqtisad fakültəsində tədris olunan fənlərin spesifikliyini nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 29.01.2013 tarixli, 09/3 No-li  qərarı ilə Türk Dünyası İqtisad fakültəsində tədris olunan fənlərin bazasında “İqtisadiyyat və işlətmə” kafedrası yaradılıb.  Kafedra 01.02.2013-cü il tarixindən fəaliyyət göstərir.

*
Fakültə üzrə təhkim edilən kafedra:

İqtisadiyyat və işlətmə
*

Fakültə üzrə ixtisaslar:

– Maliyyə
– Marketinq
– Mühasibat
– İqtisadiyyat
– Biznesin idarə edilməsi
– Logistika (açılması nəzərdə tutulur)
– Dövlət və Bələdiyyə İdarə Edilməsi (açılması nəzərdə tutulur)