TUDİFAK Dərslərində Qonaq Spikerlər

UNEC Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK)”Qonaq Spiker” layihəsi vasitəsilə təcrübə ilə praktikanı bir araya gətirməyə davam edir.

Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) dərslərə qonaq spiker çağırmağa davam edir. Artıq ikinci ildir ki, ənənə halını almış layihədə özəl sektordan və dövlət sektorundan təcrübə və praktika tələbələrin dərs mühitinə daşınır. Belə ki, bu günə qədər tələbələr ölkənin bir çox qabaqcıl şirkətlərindən mütəxəssislərlə və sahəsinin peşəkarları ilə bir arada bir dərs prosesinin içində iştirak ediblər. Nəzəriyyə ilə praktikanın bu vəhdəti TUDİFAK tələbələrinin daha yaxşı təhsil almasını təmin etməklə bərabər, onların inkişafına zəmin hazırlayır.

TUDİFAK bu günə qədər Gilan Holding, Pasha Holding, Modern Group və Veysəloğlu kimi şirkətlərlə yanaşı həmçinin World E-Commerce Forum kimi Türkiyənin qabaqcıl elektron ticarət platformasının mütəxəssislərini də dərslərdə qonaq qismində dəvət edib. Həmçinin Dövlət Turizm Agentliyinin nümayəndələri də TUDİFAK -da qonaq olaraq tələbələrin görüşünə çıxmışdır.

Son olaraq isə  Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) tələbələri Elektron Ticarət üzrə mütəxəssis və konsultant Nicat Manafovla, “Billur” Hotel Amenities şirkətinin Satış Direktoru Altay Əli ilə, PASHA Bank nümayəndəsi Anar Tarverdiyevlə görüşmə şansı əldə etdilər. Qarşılıqlı diskussiya və müzakirə şəklində olan görüş tələbələr tərəfindən yüksək diqqət və marağa səbəb olmuşdur.