TUDİFAK-da “Talk From Business” layihəsi

talk from business

UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin “Talk From Business” layihəsi davam edir.

Layihə çərçivəsində Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ölkənin aparıcı şirkətlərinin nümayəndələri UNEC-də olublar. Təhsil, maliyyə, inşaat, poliqrafiya, İKT və digər sahələr üzrə şirkətləri təmsil edən nümayəndələr tələbələrə düzgün karyera qurmağın əsas məqamlarını açıqlayıblar, həmin şirkətlərin uğur hekayələrini onlarla bölüşüblər.

Sonda tədbirdə fəal iştirak edən tələbələrə sertifikatlar və sponsorlar tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Talk from business” gənclərin gələcək bizneslərini qurmaq üçün yaradılan layihədir. Platformanın qurucuları və əsas aparıcı qüvvələri gənclərdən ibarət komandadır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir