Maliyyə

Maliyyə ixtisasının əsas məqsədi ölkənin dövlət və özəl qurumlarının maliyyə sahəsi üçün istedadlı və bilikli kadrlar yetişdirməkdir. İxtisasın əsas məqsədlərindən biri  özəl sektorla yanaşı dövlət sektorlarında da ölkə iqtisadiyyatıyla bağlı nəticələri təhlil və analiz etməkdir. Maliyyə ixtisasında maliyyə ilə bağlı ixtisas dərsləri ilə yanaşı, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə  də bəzi dərslər tədris olunur. İxtisasda dövlət və özəl sektorda maliyyəsi ilə əlaqəli problemlərin elmi metodlarla lazımi həllərini hazırlama bacarığına sahib kadrlar hazırlanır. Bu şöbənin məzunları dövlətin maliyyə qurumlarında, banklarda, investisiya, audit və maliyyə məsləhəti ilə bağlı şirkətlərdə yüksək karyera imkanları əldə edə bilərlər.

Xəbərlər

No posts found