Qloballaşan dünyanın mühit və şərtlərinin günbəgün ağırlaşdığı akademik və iş həyatı çərçivəsində də bilinməkdədir. Biznesin təşkili və idarəedilməsi ixtisasının da əsas məqsədi bu dəyişən dünya ilə uyğunlaşan uğurlu, məlumatlı və ixtisaslı menecerlər yetişdirməkdir. İxtisas, eyni zamanda, tələbənin praktik, idarəedicilik, ünsiyyət qurma və işdə qərar qəbul etmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. İxtisasın digər məqsədi, idarəetmə fəaliyyətlərini sadəcə yerli çərçivədə deyil, eyni zamanda beynəlxalq miqyasda da nəzərə alaraq, getdikcə artan rəqabət mühitinə uyğunlaşa biləcək mütəxəssislər yetişdirməkdir. Bu ixtisasdan məzun olan şəxslər aldıqları təhsil proqramı ilə həm özəl, həm də dövlət sektorlarında geniş iş tapmaq imkanı əldə edirlər. Eyni zamanda, ixtisas dərsləri tələbələrə öz bizneslərinə başlamaq, risk almaq və yaradıcı düşüncə kimi təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirməyə kömək edir.