Mühasibat uçotu və audit

Bugün hər gün qarşılaşdığımız xidmət, istehsal, o cümlədən dövlət müəassisələrində əvəzedilməz işçilər arasında mühasib ön sırada yer almaqdadır. Çünki özəl müəssisənin və ya dövlət qurumunun maliyyə vəziyyəti və əməliyyat nəticələri barədə dəqiq və etibarlı məlumatları maliyyə hesabatları vasitəsilə mühasib hazırlayır. Mühasibat uçotu şöbəsinin verdiyi bu məlumatlara əsasən müvafiq qurumlar mövcud vəziyyətlərini təhlil edə və eyni zamanda gələcəklə bağlı qərarlar qəbul edə bilərlər. Mühasibat uçotu və audit şöbəsinin məqsədi dövlət və özəl sektorlarda mühasibat əməliyyatlarını həyata keçirə biləcək və idarəetmə qərarlarına kömək etmək üçün məlumatları hazırlaya bilən mütəxəssislər yetişdirməkdir. Bu ixtisası müvəffəqiyyətlə bitirdikdən sonra tələbələr mühasibatlıq və analitik düşüncə sahəsində, həm milli, həm də beynəlxalq səviyyədə mühasibat təcrübələrini tətbiq edə bilən və iş həyatındakı yeniliklərlə ayaqlaşa bilən bir mütəxəssis kimi fəaliyyət göstərə biləcəklər. Bu məqsədlə mövcud qanunvericiliyə uyğun olaraq tədris edilən dərslər müasir mühasibat uçotu və audit standartlarına uyğun həm nəzəri həm də praktik bilikləri tələbələrə aşılamaqdadır.