Marketinq

İqtisadiyyatın dövrünə töhfə verən və istehsalı dəstəkləyən biznes funksiyalarından biri də Marketinqdir. Bugün dünyada dəyər yaratmaq üçün istehsal ilə birlikdə,  istehsal etdiklərini ən diqqətəlayiq şəkildə təqdim etmək də vacibdir. Cəmiyyətlər hər zaman yaratdıqları dəyərlər ilə yadda qalırlar. Müəssisələr dəyər yaratmaq fəaliyyətləri baxımından, məhz istehlakçıların ehtiyaclarına uyğun istehsal etmək üçün onları dinləmə ehtiyacı hiss edirlər. Proqramı bitirən tələbələr, özəl və dövlət sektorunda reklam,  ictimaiyyətlə əlaqələr, satış mütəxəssisi kimi sahələrlə yanaşı,  məhsul idarəçiliyindən müştəri münasibətlərinin idarə edilməsinə, marketinq araşdırmalarından logistikaya qədər müxtəlif növ ixtisaslarda fəaliyyət göstərə bilərlər. Bundan başqa məzunlar rəqəmsal marketinq, e- ticaret kimi yeni və qloballaşan dünyanın tələblərinə uyğun, sərhəd anlayışının ortadan qalxmasına şərait yaradan peşəkar sahələrə də istiqamətlənə bilərlər.