İqtisadiyyat

İqtisadiyyat üzrə bakalavr proqramı, iqtisadiyyatın əsas anlayışları və əsas problemləri barədə nəzəri məlumatla təmin etməklə yanaşı, Azərbaycanda və dünya iqtisadiyyatında cari inkişafı statistik metodlar və təhlillərin köməyi ilə dəstəkləməyi də hədəfləməkdədir. Bu proqramın əsas məqsədi tələbələrə qərar vermə, bazar quruluşu və fəaliyyəti, dövlət siyasəti kimi iqtisadi problemləri anlamaq və həll etmək bacarığı aşılamaqdır. Bu məqsədə uyğun olaraq tələbələr mikroiqtisadiyyat, makroiqtisadiyyat, beynəlxalq iqtisadiyyat, bank və maliyyə, pul nəzəriyyəsi, böyümə və inkişaf kimi əsas ixtisas dərsləri ilə yanaşı, bu sahələrdə elmi təhlildə tələb olunan analiz vasitələrindən istifadə etmək bacarığı əldə etmək üçün riyaziyyat, statistika və ekonometrika kimi praktik dərslər də keçirlər.