18 Oktyabr Milli Müstəqillik Günü-TUDİFAK

  • Oktyabr 18, 2019 - 13:00
  • Abbas Səhhət 45A, 4. Korpus

UNEC Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) tərəfindən Azərbaycan Respublikasının Milli Müstəqillik gününə həsr olunmuş tədbir keçiriləcək.

Azərbaycan tarixinin ən mühüm günlərindən biri hər il  18 Oktyabrda qeyd edilir.

XX əsrin sonlarında Sovet Sosyalist Respublikaları İttifaqının (SSRİ) dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Bu tarixi günün həm tələbələr arasında bilinməsi, həm də tələbələrdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə UNEC Türk Dünyası İqtisad Fakültəsi artıq ənənəvi hal almış tədbir təşkil edəcək. Tədbir Türk Dünyası İqtisad Fakültəsinin tələbələri tərəfindən təşkil olunacaq və bütün tələbələrimiz dəvətlidir.

EVENT INFO :

  • Start Date:Oktyabr 18, 2019
  • Start Time:13:00
  • End Date:Oktyabr 18, 2019
  • End Time:14:00
  • Number of Participants:50
  • Location:Abbas Səhhət 45A, 4. Korpus

Warning: array_filter() expects parameter 1 to be array, string given in /hostimul/sxvidtkr/public_html/wp-content/themes/eikra/template-parts/content-single-event.php on line 90