Artıq Təhsilin Keyfiyyətini Yenilənən Ədəbiyyatlar Müəyyənləşdirir!

UNEC TUDIFAK Ekonometrika fənninin tədrisində ədəbiyyatlar yeniləndi!

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti,  Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) 2019-2020 ili üçün Tədris olunacaq fənlərin tədris proqramlarında mövcud olan fənlərin beynəlxalq standartlara və dünya ölkələrinin proqramlarına inteqrasiyası  müzakirəsi edilib. Xüsusilə, “Ekonometrika” fənninin tədrisində bir sıra kitabların və tədris metodlarının tətbiqi ilə bağlı fikir mübadiləsi olmuşdur.

Belə ki, Ekonometrika dərsinin tədrisi üçün dünya tədris metodikasına və standarlarına cavab verən Oxford Yazarları J.H. Stock , M.W.Watsonun (2019) “Introduction to Econometrics”; C.Dougherty (2018) “Introduction to Econometrics” və J.M. Wooldridge (2018) “Introductory Econometrics: A Modern Approach” və bir sıra digər kitablar geniş şəkildə müzakirə olunmuş və tələbələrə mənimsədilməsi üçün bəzi təkliflər irəli sürülmüşdür.

Ekonometrika, iqtisadi hadisələri və prosedurları riyazi bir şəkildə modelləyərək, gələcək haqqında müxtəlif ssenarilər üzərindən təxminlər ortaya qoyan elm sahəsi olmaqla yanaşı İqtisad elmi araşdırmalarını dəstəkləyici funksiyasını icra etmişdir.

Fakültənin müəllimlərindən Phd. Səkinə Babaşova və Həsrəddin Quliyevin dərsliklərin əldə edilməsində resurs və cəhd baxımından ciddi əməkləri olmuşdur. “Limited Edition” buraxılan və 2019-2020-ci tədris ili üçün dərs vəsaiti olaraq düşünülən kitablar ən qısa vaxt ərzində TUDİFAK tələbələrinin dərs vəsaitləri sırasına qoşulacaq.

Beynəlxalq standartlara uyğun olan bu dərsliklərin tədris vəsaiti olaraq istifadəsi fakültə tərəfindən dəstəklənmiş və Azərbaycan Dövlət İqtisad Universitetinin Tədqiqatçı Universitetə çevrilməsinə və bu zəmində tədqiqatçı düşüncəyə və yanaşmaya sahib iqtisadçı tələbələrin yetişdirilməsinə töhvə verəcəyi bildirilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir