Dövlət və Bələdiyyə İdarə etməsi

Bu ixtisas tələbələrə idarəetmə nəzəriyyəsi sahəsində geniş iqtisadi bilikləri, eləcə də müəssisənin fəaliyyətini effektiv planlaşdırmağı, kollektivi idarə etməyə imkan verən peşəkar və inzibati bacarıqlar öyrədir. Dövlət və bələdiyyə idarə olunması ixtisası universitetlərin iqtisadiyyat və idarəetmə fakültələrinin tərkibində olan ixtisasdır. Bu ixtisas tələbələrin ümumi idarəetmə biliklərinə yiyələnməsini təmin edir və özəl təşkilatların və dövlət orqanlarının ən səmərəli idarə edilməsini öyrədir. Səmərəli idarəetmə forması dedikdə, hər bir təşkilatın qarşısına qoyduğu müəyyən məqsədlərə minimum resurs istifadəsi ilə çatması nəzərdə tutulur. Bu ixtisasın məzunları normativ – hüquqi aktların layihələrinin işlənib hazırlanması, büdcə planlaşdırılması, dövlət orqanları və KİV – lər arasında əlaqə qurulması, dövlət və bələdiyyə orqanlarında işlərin təşkilini və idarəetmənin sosial-iqtisadi inkişafın tələblərinə uyğun təkmilləşdirilməsi kimi sahələr üzrə ixtisaslaşırlar.