29 Oktyabr -Türkiyənin Cumhuriyyət Günü

UNEC Türk Dünyası İqtisad Fakültəsi Türkiyənin milli bayramı olan Türkiyə Cumhuriyyəti gününü qeyd etdi.

UNEC Türk Dünyası İqtisad Fakültəsində Türkiyə Cumhuriyyətinin qurulmasının 96. ildönümü ilə əlaqədar bayram tədbiri təşkil olunub. Tədbir  Türk Dövlətinin qurulmasının və bu uğurda mübarizə aparan insanların xatirəsinə həsr olunmuşdur.

Türkiyə Cumhuriyyəti yarananda 1923-cü ildə bu günün bayram edilməsini xalqın özü təşkil etmiş və tədbir kimi ilk dəfə o vaxtlarda xalq arasında qeyd edilmişdir. 29 Oktyabrın Türkiyə Cumhuriyyətinin qurulmasını qeyd etmək üçün bayram kimi qəbul edilməsi isə 1925-ci ildə təklif olunmuşdur. Dövlət 27 May 1935 tarixində milli bayramlarla bağlı qanunnamə imzaladı və bu qanunla birlikdə artıq 29 Oktyabr Bayram kimi qeyd olundu.

Türk Dünyası İqtisad Fakültəsi də bu günü unutmadı və bayram olaraq qeyd elədi. 29 Oktyabr 2019 tarixində TUDİFAK yaddaqalan və qatılan hər kəs tərəfindən bəyənilən bir tədbirə imza atdı.

Tədbir, TUDİFAK müəllimi Nəriman Xanahmədovun günün mənası və önəminə vurğu edən çıxışı ilə başladı. Daha sonra isə TUDİFAK tələbələri öz çıxışları ilə tədbirə maraq qatdılar. Günün məna və önəminə aid mahnılar oxundu, şeirlər deyildi.