UNEC-de Ömürboyu Tehsil Merkezinin açılış merasimi keçirilib.

Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, tanınmış şirkətlərin insan resursları üzrə rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Mərkəzin yaradılmasında əsas məqsəd müasir tələblərə cavab verən korporativ təhsil modelinin tətbiqidir. Eləcə də, rəqəmsal məhsul və xidmətlərin istehlakı baxımından vacibliyini nəzərə alaraq istehlakçıların rəqəmsal savadlandırılmasına da xüsusi diqqət veriləcəkdir. Peşə bacarıqlarının özəlliyi nəzərə alınmaqla 12 aya qədər çoxlu sayda sertifikat proqramları maraqlananlara təqdim ediləcəkdir.
Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə Fakültəsində (TUDİFAK) bakalavr təhsili alıb. Qələndər Məmmədli eyni zamanda da fakültəmizdə tədris fəaliyyətini davam etdirir.
Türk Dünyası İqtisad Fakültəsi olaraq Qələndər müəllimi təbrik edirik, ona yeni fəaliyyətində uğurlar arzulayırıq!