UNEC-in YENİ PROREKTORLARI

Bu gün UNEC-də Təhsil Naziri Emin Əmrullayevin əmri və cənab rektor Prof. Dr. Ədalət Muradovun müvafiq əmri ilə yeni prorektorlar təyin edilib.
Maliyyə və Mühasibat fakültəsinin dekanı dosent Gəray Musayev Tədris və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin edilmişdir.
“Təhsilin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi” mərkəzinin direktoru dosent Raqif Qasımov isə Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə təyin edilmişdir.
Yeni prorektorlarımızdan Dos. Gəray Musayev daha əvvəl UNEC Türk Dünyası İqtisad Fakültəsinin kafedra müdiri vəzifəsində çalışmış və hal hazırda müəllimi, Dos. Raqif Qasımov isə TUDİFAK məzunu olmuş, eyni zamanda da fakültəmizdə tədris fəaliyyətini davam etdirir.
Təhsil Naziri Emin Əmrullayevə təşəkkür edir, hər iki hocamıza uğurlar arzu edirik!