UNEC-də dekan vəzifəsinə yeni təyinat olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinə (TUDİFAK) Prof.Dr.Mehmet YÜCE yeni dekan təyin olunub.
Prof.Dr.Mehmet YÜCE, 1973-cü ildə Türkiyə Cumhuriyyəti, Ağrı şəhərində anadan olmuş, 1987-ci ildə Bursa şəhərinə köçmüş, Uludağ Üniversiteti Maliyyə ixtisasına qəbul olmuş və 1991-ci ildə məzun olduqdan sonra Uludağ Üniversiteti “Sosyal Elmlər İnstitutu”, “Maliyyə” ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirmişdir. Məzun olduqdan sonra, 1994-cü ildə həmin universitetdə müəllim kimi əmək faaliyyətinə başlamışdır.
1998-ci ildə doktor akademik unvanını almıştır. 2001-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfi, Qırgızıstan İqtisad və Girişimcilik Üniversiteti, Türk Dünyası İşlətmə Fakültəsində çalışmışdır. Qırgızıstanda göstərdiyi xidmətlərə görə, Qırgızıstan Dövləti tərəfindən bir cox mükafatlara layiq görülmüşdür. 2005-ci ildə dosentlik unvanını almış, 2006-cı ildə Türkiyəyə dönmüşdür.
2008-ci il tarixində “Maliyyə hüququ” kafedrasına müdir vəzifəsinə təyin olunmuş, 2010-cu ildə professor akademik unvanını almışdır. Uludağ Üniversiteti “İqtisadi və İdari Elmlər” fakültəsinin dekanı, “Hüquq” fakultəsinin dekanı və Uludağ Üniversitetinin prorektoru vəzifələrində çalışmışdır.
“Vergi hüququ” sahəsində nəşr olunmuş bir cox kitab və məqalələrin müəllifidir.
2021-ci il sentyabr ayından Azərbaycan İqtisad Universiteti, Türk Dünyası İqtisad Fakültəsinin dekanı vəzifəsinə təyin olunmuşdur.