TUDİFAK yenə birinci oldu

TUDİFAK 2020/2021-ci tədris ili üzrə akademik dərəcələndirmədə həm fakültə, həm kafedra, həm də müəllimlər arasında UNEC-də birincilik əldə etdi.
2020/2021-ci tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Differensial Əməkhaqqı Sistemində fakültə, kafedra və müəllimlərin reytinqinin nəticələri açıqlanıb.
Reytinq müəllimlərin sistemdə topladığı ballara əsasən müəyyən edilib.
Türk Dünyası İqtisad Fakültəsinin professor-müəllim heyəti beynəlxalq jurnallarda yayınladıqları elmi əsərlərə görə xüsusi fərqlənmişdir. Differensial Əməkhaqqı Sisteminin hazırladığı siyahıya əsasən, TUDİFAK həm fakültə, həm də kafedra, həm də müəllimlər arasında birinci yerə çıxmışdır. Fakültəmizin müəllimlərindən Akbullaev Nurkhodzha reytinq sıralamasında birinci yer tutmuşdur.
DƏHS-nin tətbiqində məqsəd professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini UNEC-in hədəfləri istiqamətinə yönəltməkdir. Sistem UNEC-in professor-müəllim heyətinin fərdi və qrup məhsuldarlığının yüksəlməsinə, onlar arasında sağlam rəqabət mühitinin yaranmasına və işdən məmnunluq səviyyəsinin yüksəlməsinə zəmin yaratmaqla, tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərinin səmərəliliyinin və keyfiyyətinın artırılmasına xidmət edir.
Canlı yayım sentyabrın 22-də saat 15:00-da UNEC-in rəsmi Facebook səhifəsi üzərindən rektorun müşaviri dosent Elşən Bağırzadə tərəfindən aparılmışdır.