UNEC Türk Dünyası İqtisadiyyat Fakültəsinin müəllimlərinin müəllifliyi ilə Türkiyədə kitab çap olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) müəllimləri Türkiyədə çap olunan “Marka Yönetimi: Kavramlar ve Uygulamalar” kitabının 2 fəslinin müəllifi olublar.

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov, dosent Oqtay Quliyev, Şahin Əkbər və Qələndər Məmmədlinin həmmüəllifi olduqları fəsil “Marka denkliği ve değeri” və Küresel marka” mövzularına həsr olunub.

17 fəsildən ibarət olan kitabın redaktorları Türkiyənin Muğla Universitetinin professoru Mehmet Marangoz və Funda Bayrakdaroğludur.