UNEC-də “Ekonometrika” fənninin tədrisində Oksford dərsliyi

ekonometrika

 

UNEC-də “Ekonometrika” fənninin tədrisində yeni dərsliklərdən istifadə olunacaq.

Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) təşəbbüsü ilə tədris olunan fənlərin beynəlxalq standartlara və dünya ölkələrinin proqramlarına inteqrasiyasını təmin etmək məqsədilə bir sıra dərsliklərin yenilənməsi təklif olunub. Fakültədə “Ekonometrika” fənninin tədrisində Oksford Universitetinin alimləri J.H. Stock, M.W.Watsonun (2019) “Introduction to Econometrics”, C.Doughertinin (2018) “Introduction to Econometrics” və J.M. Wooldridgenin (2018) “Introductory Econometrics: A Modern Approach” kitablarından istifadə olunacaq.