Türk Dilində təhsilin üstünlükləri

tudifak unec

Bir çoxunuz yəqin ki, Türkiyə təhsil sistemi ilə tanışdır. Hətta çox insan Türkiyədə həmin sistemdə oxumaq istəsə də, maddiyyat və digər səbəblərə görə istəyini reallaşdıra bilməyib. Əgər siz də özünüzü həmin insanlardan biri hesab edirsinizsə, yanılırsınız. Azərbaycanda həmin sistemdə təhsil verən fakültə mövcuddur. Azərbaycan Dövlət İqtisad Universitetində yerləşən bu fakültə, Türk Dünyası İqtisad Fakültəsi, qısaca isə TUDİFAK adlanır.

TUDİFAK-da oxumağın, xüsusən də Türkiyə türkcəsində oxumağın bir çox üstünlüyü mövcuddur. Məlumdur ki, çox vaxt universitetdə keçdiyimiz dərsləri daha ətraflı öyrənmək lazım gələndə internetə müraciət edirik. Lakin internetdə axtarış edəndə görürük ki, yerli məzmun tapmaq çox çətindir. Bu zaman digər dillərə müraciət edirik. Lakin, onu öz dilimizə tərcümə ya istədiyimiz nəticəni almırıq, ya da istədiyimiz keyfiyyətdə olmur. Bu vəziyyət sadəcə dərsi ətraflı öyrənmək üçün deyil, həmçinin müəllimin verdiyi tapşırıqları, slaydı hazırlayarkən də qarşımıza çıxır.

Lakin, türk dilində oxumaq bu problemimizi aradan qaldırır. Çünki, türk dilində kifayət qədər məzmun və materiallar mövcuddur. Hətta rəsmi olaraq kitabların PDF formasını da tapa bilirik. Slayd və ya tapşırıq hazırladığımız zaman hər istədiyimiz materialı tapmaqla yanaşı, həmçinin təkrar baxmaq istədiyimiz mövzuların video formatını da əldə edə bilirik. Belə ki, TUDİFAK Türkiyə dərs metodları ilə eyni olduğuna görə müəllimdən təkrar izah etməsini və ya iştirak etmədiyiniz dərsləri asanlıqla internetdən tapa bilərsiniz. Həm yazılı, həm də video formatında türk dilində izah olunan bu dərslər, öz sahənizi asanlıqla qavramağa çox kömək olacaq.

Universitetlər tələbələrə digər ölkələrin universitetlərində təqaüdlü və ya təqaüdsüz oxumaq üçün mübadilə programları təklif edir. Təbii ki, əksər tələbə bu şansdan yararlanmağa can atır. UNEC-dəki belə mübadilə programlarına Erasmus, Mevlana və s. daxildir.  TUDİFAK bu problemi də həll edir. Dəsrlərin türkcə keçilməsi Türkiyədə oxumaq çətinliyini tamamilə aradan qaldırır. TUDİFAK-dakı mühit, tələbələrə yanaşma və aşılanan dəyərlər sayəsində  oradakı mühitə, dərslərə, müəllimlərə uyğunlaşmaq gözləniləndən çox daha asan olur.

Bir çox tələbə magistratura pilləsini Türkiyədə davam etdirmək istəyir. Çünki, ortaq mədəniyyət o mühitə uyğunlaşmağı asanlaşdırır. Bu dildə aldığınız 4 illik baza təhsil, həm akademik təməl, həm ünsiyyət, həm də dil bilikləri baxımından sizi rəqabətdə çox irəli salır. Hətta universitetlərdə müsahibələrdə, imtahanlarda rahat şəkildə fikrinizi ifadə edib bu imkanlardan yararlana bilərsiniz. Çünki, digər ölkədən olan insanlar ilə əlaqə qurmaq, özünüzü ifadə etmək TUDİFAK-da aldığınız 4 illik təhsil müddəti sayəsində asanlaşacaqdır.

Məhz bu və bunun kimi digər üstünlüklərə görə seçiminiz mütləq TUDİFAK olmalıdır!