Unec TUDİFAK Tələbəsi Xocalı Həqiqətləri Haqqında

Xocalı

Türkiyənin Uludağ Universitetində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım  tədbiri keçirilib.

Bursa şəhərinin Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin təşkil etdiyi tədbirdə Uludağ Universitetinin professor-müəllim heyəti, tələbələr və bir sıra dövlət və rəsmi nümayəndələr iştirak ediblər.

Anım tədbirində Mevlana mübadilə proqramı çərçivəsində Uludağ Universitetində təhsil alan UNEC-in Türk Dünyası İqtisad Fakultəsinin III kurs tələbəsi Leyla Tahirzadə Xocalı Soyqırımında həmyerlilərimizin başına gətirilən faciələrdən danışıb.

 

mənbə:news.unec.edu.az